İsmayıllıdakı yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonundakı ağır yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb. Avtosfer.az-a xəbər verir ki, birgə məlumatda deyilir: Martın 2-də Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisində Şöhrət Dünyamalıyevin idarə etdiyi “QAZ-2705” markalı 23-BG-086 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Musa İsmayılzadənin idarə etdiyi “VAZ-21074” markalı 10-EZ-877 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü M.İsmayılzadə və sərnişin Rüstəm Əzimovun vəfat etmələri, sürücü Ş.Dünyamalıyev və digər 2 sərnişinin isə xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Ş.Dünyamalıyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, martın 2-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












