İstirahət günlərində gözlənilən hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında arabir yağış yağacağı, fevralın 23-dəhavanınəsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 22-də gecə bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-13 dərəcə isti olacaq.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












