İtaliyalı iş adamlarına "BTQ-dən yararlanın" təklifi

İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan “ADY Konteyner” MMC-dən bildirilib.
Məlumata görə, bu gün Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda “ADY Konteyner”in direktoru Natiq Cəfərov forumda çıxış edərək ölkədə multimodal yükdaşımalar sahəsində həyata keçirilmiş infrastruktur və institusional inkişaf tədbirləri barədə məlumat verib. O, Azərbaycan-Avropa istiqamətində “Azərbaycan Dəmir Yolları”nın təqdim etdiyi son logistik məhsulları, İtaliya üçün daha çox maraq kəsb edən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İtaliyanın Triest və Bari limanlarından Türkiyənin əsasən Derince və Mersin limanlarına göndəriləcək yüklərin “Azərbaycan Dəmir Yolları” tərəfindən Türkiyə-Gürcüstan-Azərbaycan ərazisi, buradan isə Orta Asiya istiqamətlərində daşınması üçün imkanların olduğu qeyd edilib. Daha sonra forum tərəflərin nümayəndələri arasında işgüzar görüşlərlə davam etdirilib.
Gültən Qədirli
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR










