İtkin düşmüş 7 nəfər tapılaraq ailəsinə təhvil verilib
Gündəm
16 Mart 2020 12:10
Oxunub 707

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 58 cinayətin üstü açılıb
Bakının polis orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, 14-15 mart tarixlərində paytaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 58 cinayətin üstü açılıb. Onlardan 18-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 15, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 23 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













