İvan Pyatibratov: "Azərbaycanın yük daşıma qabiliyyəti artırılacaq"

“Azərbaycana bu il Rusiyadan yeni nəsil vaqonlar gətiriləcək. Rusiyanın “United Wagon Co” şirkətinin istehsal etdiyi vaqonlar mövcud tariflər daxilində daşıma qabiliyyətini artıracaq”.
Bunu “Report”a rusiyalı ekspert İvan Pyatibratov deyib.
Onun sözlərinə görə, eyni sayda vaqonun daha çox yük daşıma qabiliyyətinə malik olmasına və bununla da daşınma xərclərini azalmasına səbəb olacaq: “Belə ki, Azərbaycan şirkətləri - “Soyuzkontakt-Trans” MMC və ATUTRANS MMC Rusiyanın vaqon istehsalçısı “United Wagon Co” şirkəti ilə 2 razılaşma imzalayıb. İmzalanmış müqavilələr şirkətlərin işlərini iqtisadi baxımdan daha səmərəli edəcək və nəqliyyat bazarında iştirakını artıracaq. İmzalanmış müqavilələrin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına təsiri ilə bağlı hazırda dünyada baş verən vəziyyəti nəzərə almaq lazımdır".

"Əfsus ki, koronavirus pandemiyası və neftin qiymətinin azalması ölkələr arasında ticarətin genişləndirilməsi ilə bağlı planlara da təsir etdi. Bununla yanaşı, ötən il iki ölkə arasında ticarət dövriyyəsində rekord göstərici qeydə alınmışdı. Ona görə dünyada baş verən böhrandan sonra biz ticarət döviyyəsində artım müşahidə edəcəyik. Beləliklə, vaqonların əldə edilməsi gələcək üçün yaxşı bir təməldir, ancaq iki ölkə arasında ticarət dövriyyəsinin artmasına dərhal təsirini gözləməməliyik”.
Xatırladaq ki, imzalanmış razılaşmaya əsasən, Rusiya şirkəti bu ilin 2 rübünün sonuna kimi “Soyuzkontakt-Trans”a ümumi tutumu 120 kub/metr və ya 76 ton olan 40 ədəd taxıl bunkeri təhvil verəcək. Belə ki, köhnə versiyalarından 6 ton çox yük götürəcək yeni vaqonların 5 yükləmə yuku taxılın bərabər paylanmasını təmin edəcək.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










