İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu - Bəs kim məsuliyyət daşıyır? - VİDEO

Bakıda gənc oğlan icarəyə götürdüyü bahalı avtomobillə 65 yaşlı kişini vurub. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Abdulmanaf Hüseynov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ümumiyyətlə, şəhər küçələrində avtomobil icarəsi şirkətilərinə məxsus avtomobillərlə tez-tez qarşılaşırıq. Avtomobili idarə edən şəxsin isə nəinki təcrübəli, heç sürücülük hüququnun olub olmadığını belə bilmirik. Bəs icarəyə götürülən avtomobil qəza törədərsə kim məsuliyyət daşıyır?
Avtosfer.az xəbər verir ki, şəxsi məqsədlər üçün kifayət qədər sürücü avtomobil icarəsi şirkətinə üz tutur. Orda qarşılaşdığı prosedurlar ümumi olaraq eyni olsa da, məzmunca fərqlənə bilir. Belə ki, avtomobilin müddətə görə dəyişən qiymətindən əlavə, növünə görə alınan depozit miqdarı da fərqli olur. Bəs icarəyə götürülən avtomobil qəza törədərsə kim məsuliyyət daşıyır?
Avtomobil iki şəxs arasında etibarnamə ilə verildikdə də prosedur bənzər qaydada aparılır.
Ekspertin sözlərinə görə, avtomobil sürücülük hüququ olmayan birinə etibarnamə ilə verilirsə ciddi problemlər yaranır.
İstənilən halda bütün məsuliyyət avtomobili idarə edən şəxsin üzərinə düşür ki, buda sürücünün diqqətli olmasına ciddi səbəb yaradır. Ümumilikdə isə qəza zamanı insan faktoru olmadıqda, dəymiş zərər imzalanan müqaviləyə uyğun olaraq, sığorta şirkəti tərəfindən qarşılanır.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










