İctimai nəqliyyatda koronavirusa yoluxma ehtimalı daha yüksəkdir

Çinin Ninqbo şəhərində bir avtobusa minmiş şəxslərin həmin səfər zamanı koronavirusa yoluxması COVID-19 virusunun təkcə damcı yolu ilə yox, hava yolu ilə də ötürülə biləcəyini üzə çıxarıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yanvar ayında, yəni hələ maska taxmaq və ara məsafəsi gözləmək qaydaları tətbiq edilməmiş Çinin şərqindəki Ninqbo şəhərində 128 dindarın iki avtobusa minib buddist mərasiminə yollandığı zaman avtobuslardan birində koronavirusa yoluxmuş, amma bundan xəbərsiz bir sərnişinin 24 nəfəri də yoluxdurması ilə bağlı “JAMA İnternal Medicine” dərgisində məqalə dərc olunub.
Tədqiqat müəllifləri həmin sərnişinin koronavirusun ilk dəfə tapıldığı Uhan şəhərindən olanlarla təmasda olduğunu, avtobusa minəndə də oradakı 68 nəfərdən 23-nü yoluxdurduğu qənaətinə gəliblər.
Bəzi məlumatlara görə, 64 yaşlı qadın olan həmin xəstə əvvəlki gün Hubey əyalətindən (koronavirusun ocağı) olan qonaqlarla nahar edibmiş.
Rəsmi şəxslər və ekspertlər avtobusda həmin sərnişindən 1-2 metr məsafədə və daha uzaqda olanların damcı yolu ilə yoluxduqlarını bildiriblər. Bununla belə ondan yeddi sıra aralı oturanlardan da yoluxan olub. Xəstənin özü isə səfər boyu hər hansı əlamət göstərməyib. Müəlliflər qapalı və hava hərəkəti olmayan məkanlarda COVID-19-un daha sürətli yayıldığını qeyd edirlər.
Eyni zamanda avtobusun qapı və ya pəncərələrinə yaxın olanlarda yoluxma ehtimalının azaldığı da göstərilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












