İctimai nəqliyyatda onlara güzəşt edilə bilər - SİYAHI

Son günlər ictimai nəqliyyatda ödənişsiz gediş hüququndan kimlərin yararlanmalı olması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ekspertlərin fikrincə, belə bir addım aztəminatlı və sosial həssas təbəqələr üçün ciddi dəstək ola, eyni zamanda ümumi sosial rifaha müsbət təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, məsələni şərh edən millət vəkili Hikmət Babaoğlu "Bizim.Media"ya açıqlamasında bildirib ki, Azərbaycanda bu sahədə müəyyən təcrübə formalaşıb və güzəşt kateqoriyaları artıq uzun illərdir məlumdur:
"İctimai nəqliyyatda ödənişsiz gediş hüququnun verilməsində əsas məqsəd sosial həssas qrupların müdafiəsidir. Tarixən də belə olub. Ölkəmizdə güzəştlərin tətbiqi ilə bağlı təcrübə mövcuddur və kimlərin bu kateqoriyaya daxil olduğu kifayət qədər aydındır. Sosial təminatı zəif olan şəxslər, məktəblilər, tələbələr, pensiyaçılar, şəhid ailələri və qazilər üçün pulsuz gediş imkanının yaradılması məqsədəuyğundur".
Deputat əlavə edib ki, belə güzəştlərin tətbiqi yalnız sosial deyil, iqtisadi aspektlər nəzərə alınmaqla planlı şəkildə həyata keçirilməlidir:
"Nəzərə almaq lazımdır ki, güzəştlərin həcmi nəqliyyat şirkətlərinin, eləcə də yol infrastrukturu üzrə xidmət göstərən qurumların təklifləri əsasında müəyyən edilməlidir. Bununla belə, elə sosial qruplar var ki, onlar üçün ödənişsiz gediş hüququnun təmin edilməsi həm ədalətli, həm də vacib hesab olunur".
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO











