İctimai yerlərdə tibbi maska taxmaq bu gündən məcburi olub

Fransada ictimai yerlərdə tibbi maskalardan məcburi istifadə ilə bağlı qərar bu gündən qüvvəyə minib. Bütün mağazaların qarşısında tibbi maskalardan istifadə edilməsi ilə bağlı lövhələr yerləşdirilib.
Yeni qərara əsasən, banklarda, mağazalarda, inzibati müəssisələrdə, muzeylərdə və s. yerlərdə tibbi maskalardan istifadə məcburidir. Tibbi maskalardan istifadə etməyənlər polis tərəfindən cərimə edilir.
İctimai yerlərdə tibbi maskadan istifadə etməyənlər 135 avro məbləğində cərimə olunacaqlar. Bu hal təkrarlanarsa, cərimənin məbləği 1500 avroya qədər artır. Bir ay ərzində bu hal üçüncü dəfə qeydə alınsa, şəxs 6 ay müddətinə qədər həbs edilə bilər.
Xatırladaq ki, Fransa Səhiyyə Nazirliyi ölkədə koronavirusa 174 minə yaxın yoluxmanın qeydə alındığını açıqlayıb. Virusa yoluxanlardan 105 mindən çoxu xəstəxanaya yerləşdirilib, 30 mindən çox xəstə isə vəfat edib. (APA)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











