İki ailə arasında torpaq davası; 2 ölü, 6 yaralı – 24 nəfər saxlanıldı

Türkiyənin Şanlıurfa əyalətində 2 ailə arasında baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 6-sı isə yaralanıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident mayın 30-da Viranşehir rayonunda qeydə alınıb.
Əldə edilən məlumata görə, qohum olan iki ailə arasında daha əvvəlcədən də yaşanmış torpaq ərazisi anlaşılmazlığı, yenidən başlayaraq öncə sözlü mübahisəyə, sonra isə silahlı atışmaya çevrilib.
Atışma zamanı hər iki tərəfdən ümumilikdə 8 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılana ambulanslarla Viranşehir Dövlət Xəstəxanasına çatdırılıblar. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, onlardan Naif Gülün və Kazım Yumrunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polis əməkdaşları atışma baş verən ərazidə və xəstəxanada təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Bildirilir ki, hadisə ilə bağlı 24 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Namiq Musayev
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












