"İkinci dalğa olsa da, olmasa da proses sönməyə doğru gedəcək" - Adil Qeybulla

Artıq bir müddətdir Azərbaycanda koronavirusa gündəlik yoluxmaların sayı əhəmiyyətli dərəcədə aşağı düşüb. Buna baxmayaraq son iki gündə yoluxma sayının cüzi də olsa artması, ikinci dalğanın yaranması ilə bağlı sual doğurub.
Ölkədəki epidemioloji vəziyyəti “MediaPost”a şərh edən tibb eksperti, professor Adil Qeybulla bildirib ki, bizdə hələ birinci dalğa sönməyib:
“İkinci dalğa o deməkdir ki, birinci dalğa söndükdən sonra xəstəlik yenidən üzə çıxır. Situasiya necə olacaq bilmirik. Çünki çimərliklərdə insanların davranışı, situasiyanı inkar etmək və s. göz qabağındadır. Bunu proqnazlaşdırmaq çətindir. Payızda soyuqdəymə xəstəlikləri geniş vüsət alacaq. Çünki bunlar hər il var. Soyuqdəymə xəstələrini COVID-19-dan ayırd etmək məsələsi ortaya çıxır. Bu, çox vacib məsələdir. Ona görə də bu xəstələrin ayrılması, immun sisteminin möhkəmləndirilməsi və davranışlar haqqında əhaliyə göstərişlər verilməlidir”.
Ekspert hesab edir ki, bu payız pandemiya bitəcək: “İkinci dalğa olsa da, olmasa da proses yavaş-yavaş sönməyə doğru gedəcək. Virus mutasiya nəticəsində getdikcə zəifləyəcək. Payızın sonunda yəqin ki, biz tək-tük koronavirus xəstəsi görəcəyik. Düşünürəm ki, vaksinə ehtiyac qalmayacaq”.
Xatırladaq ki, ölkəmizdə 8 avqustda 105, 9 avqustda 87, 10 avqustda 79, 11 avqustda 84, 12 avqustda isə 93 nəfərdə koronavirus aşkarlanıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












