İkinci Fəxri xiyabanda RƏZALƏT: Şəhidlərin məzarına qoyulan güllər oğurlandı - YENİLƏNİB - VİDEO

Daxili işlər Nazirliyi İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllərin oğurlanması ilə bağlı yayılan videogörüntülərlə bağlı açıqlama verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq məsələ barədə məlumatlıdırlar:
“Faktla bağlı araşdırmalara başlanılıb”.
14:42
İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.
Bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məlumat veriblər.
Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:
“Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları videomüşahidə kameralarına da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir”.
Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir.
Həmin görüntüləri təqdim edirik:
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












