İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulub

Bu il sosial təminatın digər bir istiqaməti olaraq aztəminatlı ailələrə dəstək proqramları və şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillərin verilməsi proqramı davam etdirilib.
İyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib: “Artıq bu günə 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan insanlarımıza təqdim edilib. Karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil hazırdır, onlar da şəhid ailələrimizə və müharibə əlillərinə təqdim olunacaq. Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi planlaşdırılır. Eyni zamanda, tənha yaşayan ahıl şəxslərimizin sosial müdafiəsinin təmin edilməsi üçün 65 yaşdan yuxarı tənha ahılların hər biri nazirlik tərəfindən tam şəkildə sosial xidmətə götürüldü və ölkə ərazisi üzrə bu qəbildən olan 15 min insana sosial xidmətçilər tərəfindən gündəlik xidmət göstərilir”.
Nazirin verdiyi məlumata görə, bir çox dövlət və özəl şirkətlərin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edilib və bu işdə həm dövlət qurumları, həm də özəl şirkətlər çox aktiv rol oynayıblar.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər











