İlon Mask bir gündə 6,1 milyard ABŞ dolları qazandı

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında bir neçə milyarderi qabaqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg Billionaires Index” yayıb.
ABŞ-dan olan 49 yaşlı milyarderin sərvəti cümə günü 6,1 milyard ABŞ dolları artaraq 70,5 milyard ABŞ dollarına çatıb.
Qeyd olunur ki, Tesla şirkətinin səhmlərinin qiymətləri bir gündə 11 faiz bahalaşıb.
Bundan əvvəl, dünyanın ən varlı adamı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti də tarixi rekorda - 171,6 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
Yeni rekord “Amazon”un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub: çərşənbə gününün nəticələrinə əsasən, səhmlərin dəyəri 4.4% artaraq rekord həddə - 2 878,7 ABŞ dollarına çatıb.(Report)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












