İmmun sistemi gücləndirməyin yolları açıqlandı

Koronavirus pandemiyasına, bütövlükdə yoluxucu xəstəliklərə qarşı qorunmaq, orqanizmin immun sistemini gücləndirmək üçün sadə vasitələrdən yararlanmaq olar.
ABŞ Pensilvania Universiteti immunologiya fakültəsinin direktoru Con Ueri immun sistemi güclü saxlayan ən mühüm amillər arasında yuxu olduğunu qeyd edib. Belə ki, gündə altı saat və daha az yatan insanlar virusa yoluxduqları təqdirdə yeddi saat və daha çox yatanlara nisbətən dördqat çox soyuqdəymə xəstəliyinə tutulurlar.
Həmçinin maqniumun böyük miqdarda olduğu qidaları qəbul etməyin zəruriliyi də qeyd edilir. Belə ki, beyini və bütün orqanizmi rahatladan, yaxşı və sakit yuxuya dəstək verən maqnium həmçinin psixoloji sarsıntıların, həyacanın da öhdəsindən gəlmək üçün səmərəli vasitədir.
“İmmun sistemi birdən-birə gücləndirmək olmaz. Xəstələnəndən sonra vitamin qəbul etmək mənasızdır. Lakin gündəlik həyat tərzinizə müəyyən dəyişikliklər edərək onlara müntəzəm əməl etsəniz, xəstəliklərin artdığı payız mövsümü ərəfəsində immun sisteminizə kömək etmiş olarsınız”, – ekspert vurğulayıb. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












