İmişlidə oğurluq edən şəxslər saxlanılıb

Ötən ilin dekabr ayında İmişli rayon sakini M.Abbasov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyalarının və pullarının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, E. Muradov 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 4000 manat pul və 650 ABŞ dolları oğurlamaqla zərərçəkmişə 10000 manatdan artıq ziyan vurub.
Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində 3000 manat dəyərində 2 baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakinləri Umud Umudlu və Qəzənfər Isaqlı saxlanılıb. Q. İsaqlının ətrafında davam etdirilən araşdırmalarla onun rayon ərazisindəkı market, bərbərxana və poçt köşkündən tütün məmulatları, danışıq kartları və televizor oğurlamaqla vətəndaşlara 1400 manat dəyərində ziyan vurduğu da müəyyən edilib.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Namiq Musayev
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











