İndiki və keçmiş məmurların susqunluğu - Onları Ramiz Mehdiyevin xofu basıb?

Ölkədə ciddi hüquqi-siyasi, ağır ictimai yükü olan hadisə baş verib. Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ittihamları irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah” məsələyə münasibət öyrənmək məqsədilə vaxtilə yüksək vəzifə tutmuş, həmçinin hazırda vəzifədə olan şəxslərlə əlaqə saxlamağa çalışıb.
Saytın sualı sadə olub: Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz? Son iki gün ərzində dəfələrlə edilən zənglərə baxmayaraq, sözügedən şəxslərin heç biri mövzu ilə bağlı açıqlama vermək istəməyib. Onlardan bəziləri telefonları açmayıb, bəziləri isə müxtəlif bəhanələr gətirərək müsahibə verməkdən imtina ediblər.
Həmin şəxslərin siyahısı aşağıdakı kimidir:
Baş nazirin birinci müavini Yaqub Eyyubov
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, Baş nazirinin köməkçisi Əhməd Əhmədzadə
Deputat, akademik Ziyad Səmədzadə
Sabiq nəqliyyat naziri Ziya Məmmədov
Keçmiş kənd təsərrüfatı naziri, deputat Heydər Əsədov
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkümlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov
Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev
Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov.
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










