İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək və reabilitasiyası mümkün olacaq

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”ı insan alverinə qarşı mübarizədə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsinə xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Milli Fəaliyyət Planının məqsədi insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirlərinin də davam etdirilməsidir. Bu tədbirlərdən biri şəxslərin insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi və sosial müdafiəsinin təmin olunmasıdır. Habelə insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, nəticələrinin aradan qaldırılması, insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi qeyd edilən tədbirlər sırasındadır. Milli Fəaliyyət Planı, eyni zamanda, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılmasını nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanlarına, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş potensial insan alveri qurbanlarına zəruri yardımları təşkil edir. Mərkəz həmin kateqoriyalardan olan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, zəruri tibbi, psixoloji, hüquqi və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












