İnsanlarla dolu çimərliklər COVİD-19-la bağlı ən riskli ərazilər hesab edilə bilər

Hazırda insan kütləsi ilə dolu olan çimərliklər COVİD-19-a yoluxma baxımından ən riskli ərazilər hesab edilə bilər, buna görə də əhali bu amili mütləq nəzərə almalıdır.
Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, hazırda çimərliklərə gedərək Günəş şüası vasitəsilə D vitaminin qəbul edilməsi insan orqanizimin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir: "Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra çimərliklərə böyük axın başlayıb. Əslində, çimərliklərə marağın olması çox gözəl haldır. Amma nəzərə alaq ki, çimərliklərdə pandemiyanın tələblərinə əməl etməklə dincəlmə insan üçün nə qədər çox xeyirli olsa da, pandemiyanın tələblərinə əməl edilməməklə dincəlmə bir o qədər təhlükəlidir".
Y.Abdiyeva qeyd edib ki, insanların çox toplaşdığı çimərliklərdə ara məsafənin qorunmaması COVİD-19-a yoluxma riskini dəfələlərlə artırır: Məhz bu təhlükəni nəzərə alaraq, insanların sıx toplaşdığı çimərliklərə getməməyi məsləhət görən mütəxəssis bildirib ki, çimərliklərlə bağlı istifadəyə verilən "cimerlik.az" saytı bu məkanlardakı son vəziyyəti öyrənmək üçün ən yaxşı imkandır. Çimərliyə getmək istəyən vətəndaşlar bu sayt vasitəsilə daha az adam olan çimərlikləri müəyyənləşdirib orada istirahət edə, bununla da özləri üçün gözlənilən təhlükəni minimumlaşdıra bilərlər: "Əgər biz öz həyatımızı, eləcə də yaxınlarımızın həyatını qorumaq istəyiriksə, diqqətli olaq və belə məqamları unutmayaq, onlara xüsusi diqqət edək. Bizim kiçik bir səhlənkarlığımız bu virusa yoluxma sayını yenidən artıra bilər. Düzdür, hazırda yoluxma sayı azalır və bu, bizi sevindirir. Ancaq unutmayaq ki, təhlükə hələ bizimlədir və belə səhlənkarlıqlar nəticəsində yoluxma sayı istənilən vaxt arta bilər". (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












