İqtisadiyyat Nazirliyi: “1 349 obyektdə sanitar-epidemioloji tələblər pozulub” - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 2-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Hacının təndiri” ictimai iaşə obyektində, “Yek market”də, Binəqədi rayonunda “Ordubad quru meyvələri”, “Özbəkistan quru mevələri” mağazalarında, Sabunçu rayonunda “Dokta Aptek”də, Xəzər rayonunda "Al Market"də, Rafiq Şükürova məxsus mağazada, Xətai rayonunda “Təndir və kabablar” ictimai iaşə obyektində, “Kashmir”, “Nərmin Parfume” və “Senil Butik” mağazalarında, “Çay evi”ndə, Yasamal rayonunda “Qoç Ət” ictimai iaşə obyektində, “Bijuteriya” mağazasında, Şəkidə Cumay Məmmədov, Ramil İsmiyev, Yusif Qaffarov, Qara İdrisov, İlham Sədiyev, Rüstəm Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazalarında, “Ucuzluq mağazası”nda, “Bazar Store”da, “Fontan kafesi”ndə, İsmayıllı rayonunda “Zeytun Aptek”də, “Araz Market”də, “Uğur Uşaq Geyimləri” mağazasında, Şabran rayonunda "Qayalı market"də, "Centron Home", "Emtu", "Optimal" mağazalarında, "Qala" restoranında, Cəlilabad rayonunda “Furqan market”də, “Vahid” və “Furqan Electronics” mağazalarında, Pərviz Həsənova məxsus bərbərxanada, Bərdə rayonunda “Əli inşaat” və “Texno Mart” mağazalarında, “Mak studio” və “Xatun studio” xidmət obyektlərində, Tərtər rayonunda "Zülfüqaroğlu" MMC-yə məxsus “Ticarət Mərkəzi”ndə, həmçinin “Soliton” mağazasında, “Çay evi”ndə və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 400 obyektin 208-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Mayın 22-dən iyunun 2-dək 2785 sahibkarlıq subyektində monitorinq keçirilib və 1349 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Monitorinqlər davam edir.






Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










