İqtisadiyyat Nazirliyi daha 150 obyektdə pozuntular aşkarladı - FOTO

Zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iyunun 4-də keçirilən növbəti monitorinqlərdə Suraxanı rayonunda “Fəqan” mağazasında, “Kafe çayka” ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus “Avto ehtiyat hissələri” mağazasında, Quba rayonunda "Grand Market”də, "İnşaat Aksesuarları" mağazasında, "Dokta-2019" aptekində, "Yüksəl" restoranında, Ağcabədi rayonunda “Unversam”, “FM İnşaat” mağazalarında, “Market” pərakəndə ticarət obyektində, “Dönər” ictimai iaşə obyektində, Oğuz rayonunda “Kafe-Çay evi” ictimai iaşə obyektində, “Aytən” gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda “Oba Market”də, Sahib Quliyevə məxsus “Bərbərxana”da, Goranboy rayonunda “El Market”də, Bokt MMC-yə məxsus “Asel kredit”də, Cəlilabad rayonunda “İnşaat malları mağazası”nda, “Rəmzi market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Aptek Zeytun 8”də, “Gəncə Çörək sexi”ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 4-dək 3535 sahibkarlıq subyektində monitorinq keçirilib və 1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ












