İran casusları məlumatları Bakıdakı gizli radiostansiya vasitəsilə ötürüb - VİDEO

“Birinci Qarabağ müharibəsi dövründə İranın hərbi müşahidəçiləri guya ermənilərlə bizim aramızda əlaqə yaradırdılar və onların hərbi hissələrə daxil olmaq imtiyazları var idi. Guya onlar bizim əsgər və zabitlərimizə təlimlər keçirdilər”.
Bu fikirləri Trend-ə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
O qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə həmin hərbi müşahidəçilər mütəmadi olaraq hərbi hissələrə gedirdilər və onlar hansı hərbi yüksəkliklərə, strateji məntəqələrə gedirdilərsə, qayıtdıqdan bir neçə gün sonra qəflətən həmin yerə ermənilər tərəfindən hücum olurdu.
“O zaman bu məsələ diqqət mərkəzinə düşdü, araşdırma zamanı şübhələr yarandı və artıq İran hərbi müşahidəçiləri ətrafında işlənilməyə başlanıldı. O zaman bunların Bakıda 8-ci mikrorayonda gizli radiostansiyası aşkarlandı. Həmin hərbi müşahidəçilər mənzil kirayə götürmüşdülər. Radioəlaqə kanalları müəyyən edildi və məlum oldu ki, bu hərbi müşahidəçilər SEPAH-ın kəşfiyyatçıları idilər. Hətta bu müşahidəçilər o zaman daxili qoşunların 120 əməkdaşının İrana göndərilməsini təşkil etdilər. Guya onlar ora təlimə getmişdilər, amma onların hamısını dövlət çevrilişinə hazırlayırdılar. Onları inandırırdılar ki, hər biri yüksək vəzifə sahib olacaqlar.
O dövrdə təhlükəsizlik orqanı çox unikal bir tədbir keçirdi. Onda artıq bu müşahidəçilərin sülhsevər yox, düşmənçilik fəaliyyəti ilə məşğul olduqları bilindi. Bu, İran üçün şok idi. Onlar çox xahiş etdilər, yalvardılar ki, bunu ictimailəşdirməyək. Onlar ən azından “erməniyə dəstəyi dayandırıb, Azərbaycana dəstək göstərəcəyik” dedilər. Təbii ki, bu, yalan idi onlar yenə düşmənçilik fəaliyyətini davam etdirdilər”, - deyə o bildirib.
Müsahibənin tam versiyasını təqdim edirik:
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












