İran turist qəbul etməyə hazırlaşır

İran yaxın 1 ay ərzində turistləri qəbul etməyə hazır olacaq. Bunu İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Vəli Teymuri öz "İnstagram" səhifəsində yazıb.
V.Teymurinin sözlərinə görə, bununla əlaqədar İranın digər ölkələrdəki nümayəndəlikləri və mədəniyyət attaşeləri ilə turistlərin İrana yenidən axını üçün danışıqlar aparılır.
Nazir müavini İranın beynəlxalq sərhədlərinin səhiyyə protokolları ilə tədrici şəkildə açılması üçün prosesin başlandığını deyib.
Teymuri əlavə edib ki, 2 həftə öncə İranın Koronavirusla Milli Mübarizə Komitəsi ilə danışıqlar nəticəsində İranın Mədəni İrs, Əl İşləri və Turizm Nazirliyinin səfər və sağlamlıq təklifi qəbul olunub.
Nazir müavini deyib ki, səhiyyə protokolları və sosial məsafə prinsipinə riayət etməklə böyük turizm məkanları fəaliyyətə başlayıb. “Belə ki, ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turist məkanlarında qalması qeydə alınıb” – deyə, o qeyd edib.
Qeyd edək ki, İranda indiyədək 177 938 nəfər koronavirusa yoluxub, 8 506 nəfər bu virusdan ölüb, 140 590 nəfər isə sağalıb. (Trend)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












