İranda daha 217 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində daha 217 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 14 405 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 414 nəfər koronavirusa yoluxub. Bununla da bu virusa yoluxanların sayı 276 202 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 583 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 240 087 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Şərqi Azərbaycan, İlam, Buşehr, Rəzəvi Xorasanı, Xuzistan, Zəncan, Gülüstan, Mazandaran, Kirman və Fars vilayətlərinin qırmızı zonalar olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,17 milyondan çox test həyata keçirilib. (Trend)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












