İranda koronavirusa qarşı dərman istehsal ediləcək

Gələn həftədən İranda COVID-19 virusuna qarşı səmərəli olması gözlənilən remdesivir deyilən antivirus dərmanının istehsalına başlanacaq.
Bu barədə ölkənin səhiyyə və ailə rifahı naziri Səid Nəməki bildirib.
“Hazırda koronavirusa qarşı sınanmış və səmərəli dərman vasitəsi yoxdur, Avropada və Amerikada xəstələrə remdesivir təyin edirlər. Hazırda ölkəməzdə ondan kifayət qədər var, gələn həftədən isə bu dərmanın yerli istehsalına başlayırıq”.
Ölkədə koronavirus epidemiyası ilə bağlı yeni məhdudiyyətlərin tətbiq olunduğunu qeyd edən nazirin sözlərinə görə, lazım gəldikdə bu məhdudiyyətlər daha da genişləndiriləcək.
Xatırladaq ki, bu gün ölkə prezident Həsən Ruhani İranda koronavirusun may ayından ikinci dalğasının başladığını bildirib.
Ölkədə koronavirusa yoluxma barədə ilk rəsmi məlumatın verildiyi 19 fevral tarixindən etibarən virusa 264 561 nəfər yoluxub ki, bunlardan 13 410 nəfər dünyasını dəyişib. (Report)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












