İranda koronavirusdan ötən sutkada 229 nəfər ölüb

İranda ötən sutka ərzində daha 229 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 14 634 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 625 nəfər koornavirusa yoluxub. Beləliklə virusa yoluxanların sayı 278 827 nəfərə çatıb. Virus daşıyıcılarından 3 589 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 242 351 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətlərinin qırmızı zonalar olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,2 milyondan çox test həyata keçirilib. (Trend)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












