İranda koronavirusla bağlı rekord qeydə alındı: daha 221 nəfər öldü

İranda ötən sutka ərzində daha 221 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, 19 fevraldan indiyədək İranda koronavirusdan ölənlərin sayı 12 305 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində 2 079nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 250 458 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 324 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 212 176 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Xuzistan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hörmüzqan, Buşehr, İlam, Rəzəvi Xorasanı və Kirmanşah vilayətlərində vəziyyətin ağır olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,89 milyondan çox test həyata keçirilib. (Trend)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












