İsmayıllıda 50 yaşlı kişini elektrik cərəyanı vurdu

Gündəm 16 İyul 2020 08:31
İsmayıllıda 50 yaşlı kişini elektrik cərəyanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mirzəliyev Nazim Əlixan oğlu elektrik dirəyində işləyərkən onu cərəyan vurub, bu zaman o dirəkdən yıxılaraq bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətində xəstəxanada müalicə olunur. (“Report”)

Oxunub : 1068
ŞƏRH YAZ
Ad

E-mail

Şərh