İsmayıllıda narkotik yetişdirən Zərdab sakini tutulub

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilib. Araşdırma zamanı məlum olub ki, həmin narkotik bitkilər İsmayıllı rayon sakini İsmayılov Elman Süleyman oğlu və Zardab rayonu sakini Qazıyev Zaur Faiq oğlu tərəfindən kultivasiya yolu ilə yetişdirilib.
Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
İsmayılov Elman Süleyman oğlu və Qazıyev Zaur Faiq oğlu şübhəli şəxs qismində tutulublar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən AR CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaqı davam etdirilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











