İsmayıllıda qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə İsmayıllı şəhərində qanunsuz heyvan kəsiminə qarşı reyd keçirib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb.
Həmin obyektlərin sahiblərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri barədə göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Namiq Musayev
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












