İsmayıllıda tarixi abidə tapılıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə başlanıb. Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.
Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmən dövrlərə aid məscidin qalıqlarıdır.
Qeyd edək ki, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmən məscid məhz bu ərazidə yerləşib.









Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












