İşsiz vətəndaşlar üçün ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir. Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq. Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
|
1. |
Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) |
16. |
Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) |
|
2. |
PVC qapı və pəncərə hazırlanması |
17. |
Brolyer inkubatoru |
|
3. |
Kişi bərbərxanası |
18. |
Qadın gözəllik salonu |
|
4. |
Avtoyağlama |
19. |
Avtomobil şinlərinin təmiri |
|
5. |
Kompüter oyun salonu |
20. |
Avtoyuma |
|
6. |
Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) |
21. |
Avtoçilingər |
|
7. |
Dizayner |
22. |
Dülgər |
|
8. |
Dəmirçi |
23. |
Dönərçi |
|
9. |
Avtotornaçı (tokar) |
24. |
Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
|
10. |
Parket və taxta döşəmə cilalanması |
25. |
Yun darama |
|
11. |
Avtoelektrik |
26. |
Naxış vurma |
|
12. |
Meyvə qurutma |
27. |
Təlim-tədris |
|
13. |
Fitnes (idman) |
28. |
Musiqiçi |
|
14. |
Poliqrafiya xidmətləri |
29. |
Ayaqqabı təmiri və istehsalı |
|
15. |
Foto xidməti |
30. |
İstixana |
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: [email protected]; [email protected] mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











