İşsiz vətəndaşların nəzərinə - Kimlər işsizlikdən sığorta haqqı ala bilər? - VİDEO

İşsizlikdən sığorta olunan vətəndaşların itirilmiş əməkhaqları necə bərpa olunur? Ümumiyyətlə hansı halda vətəndaşlara bu ödənişlər şamil olunmalıdır? Əməkdaşlarımız mövzu ilə bağlı aidiyyəti qurumdan açıqlama alıblar.
Ölkəmizdə 2021-ci ilin 10 ayı ərzində 3033 nəfərə işsizlik sığorta ödənişi təyin edilib, oktyabr ayında isə 374 nəfər bu ödənişdən yararlanıb. Lakin bir çoxları hələ də belə bir sığorta anlayışından xəbərsizdir.
Məbləğlər isə fərqli hesablanır. Əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərdə işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olduqda həmin şəxslərə üç ay müddətində minimum sığorta ödənişi təyin edilir. Dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda isə bu vaxt sığorta ödənişinin müddəti işsizliyin başlamasından 24 təqvim ayı olaraq nəzərdə tutulur:
Qeyd edək ki, işsizlikdən sığortadan daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi hazırlanmaqdadır. Belə halda daha çox şəxs bu ödənişdən yararlana biləcək. Rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar işsizliyə görə sığorta hüququndan faydalana bilməzlər.
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI











