İstəyirik yaxşı olsun, amma... – Bir daha Lökbatan dairəsi barədə - VİDEO

Bir neçə ay əvvəl AYNA Cənub avtovağzalını işə salanda və körpü ətrafında qanunsuz sərnişindaşımalar yığışdırılanda çoxları sevindi ki, nəhayət axşam saatlarında Lökbatan dairəsini keçmək mümkün olacaq. Amma bir rus ifadəsində deyildiyi kimi, “istədik yaxşı olsun, həmişəki kimi alındı”.
İlk həftələr insafən vəziyyət normallaşdı. Əraziyə polis naryadı təhkim olunduğundan heç kim körpüdən magistrala gedən istiqamətdə maşın saxlamırdı. Amma...
Son 10-15 gündə vəziyyət əvvəlkindən daha pis olub. Bir qədər geridə, Binə Ticarət Mərkəzi qarşısında təşkil olunan “avtovağzal” həyatı iflic edib. 2 cərgəni qanunsuz sərnişin daşıyan avtobuslar tutur, digər maşınlara cəmi 1 cərgə qalır. Təqdim etdiyim bu video və foto saat 6 radələrində çəkilib. Rayonlara gedən avtobuslar körpünün yanından hərəkət edəndə Lökbatana giriş-çıxışa ciddi problem yaratmırdı. İndi isə videodan da göründüyü kimi tıxacın bir ucu körpünün yanında, digər ucu isə Cənub Qapısı kompleksindədir. 15 ildir Lökbatanda yaşayan şəxs kimi ərazidə bu tip tıxaca ən ağır qəza hallarında belə rast gəlməmişəm. Hətta polis naryadının cəhdləri də heç bir fayda vermir.
Gələn həftə tədris ili başlayacağı üçün rayonlardan Bakıya axın kütləviləşəcək. Görəsən o zaman Lökbatan dairəsini keçməyə neçə saat lazım gələcək?
Bir sual da maraq doğurur: qarşıda rəsmi avtovağzal olduğu halda nə üçün Binə Ticarət Mərkəzi avtobusları belə cəlb edir? Bəlkə AYNA bu işə dərs ili başlamadan müdaxilə etsin!?
Vüqar
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR










