İsveçrədə "gələcəyin maskası" hazırlanır

İsveçrə hökuməti yüksək texnologiyalar əsasında hazırlanan "ReMask" layihəsi üçün iki milyon frank (2,1 milyon dollar) vəsait ayırıb. 40-a yaxın şirkət, elmi araşdırma mərkəzi, universitet və laboratoriyanın daxil olduğu layihə çərçivəsində təkrar istifadəyə yararlı, bayır hissəsi antiviral təbəqədən təşkil olunan, həm tibbi, həm də kütləvi istifadəsi mümkün olan materiallar üzərində tədqiqatlar aparılır.
Əsas hədəf isə bakteriya və virusları içəri buraxmayan, eyni zamanda isə ağızdan və burundan havanın rahat şəkildə çıxmasına şərait yaradan materialı müəyyən etməkdir. Bu cür maskalara "gələcəyin maska"sı adı verilib.
Artıq bu maskanın ilk prototipi təqdim olunub. Antiviral və antibakterial üst təbəqədən ibarət maskalar su və yağları daxilə buraxmır. Hazırda həmin maskaların bir neçə istiqamət üzrə variantları hazırlanır. (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












