İtmiş və zədələnmiş maşın nömrələri bu qaydada yenilənə bilər – DYP-dən AÇIQLAMA

Avtomobilin dövlət qeydiyyat nişanı zədələndikdə və yararsız vəziyyətə düşdükdə nömrəni yeniləmək üçün sürücü nə etməlidir? Avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsi prosesi necə həyata keçirilir? Ümumiyyətlə maşın nömrələrinin yenilənməsini daha da sadələşdirmək mümkündürmü? Misal üçün vətəndaş zədələnmiş maşın nömrəsini yenidən almaq üçün ilk olaraq hara müraciət etməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Referans.az -ın sorğusunu Daxili İşlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev cavablandırıb. O qeyd edib ki, ölkəmizdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən avtomobil sahibi qeydiyyat nişanlarını təyin olunan yerdə yəni standartlara uyğun qaydada eləcə də istismara yararlı şəkildə istifadə etməlidir.

DYP sözüçüsü vurğulayıb ki, əgər nömrə pozulubsa və ya qəza zamanı əzilibsə yəni nömrənin görünməsi mümkün deyilsə bu artıq inzibati xətadır. İnzibati xətalar məcəlləsinin doxsan altıncı maddəsinə əsasən isə həmin avtomobilin duracağa yerləşdirilməsi tam qanunidir. Bu müddət ərzində isə nöqsan aradan qaldırılmalıdır.
Bununla belə Mübariz Ağayev onu da qeyd edib ki, sürücü inzibati xətalar məcəlləsinin 342.7-ci maddəsinə əsasən cərimə edilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun sahibi və ya sərəncam vermək hüququna sahib olan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının yenisi ilə rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
"Başqa sözlər desək, avtomobilin qeydiyyat nişanlarında pozuntu, silinmə və bu kimi digər nöqsanlar varsa həmin nömrəni yaşadıqları ərazi üzrə Baş dövlət Yol Polis idarəsinin müvafiq qeydiyyat məntəqələrinə təqdim etməklə həmin nömrələri yenisi ilə əvəz edə bilərlər" - deyə DYP rəsmisi əlavə edib.
Günəşdə ikinci güclü partlayış olub
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! - Sabahdan…
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma gücü 5 dəfə artırıldı – ADY sədri
Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? – Ekspert AÇIQLADI - VİDEO
Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR
Mühərrik yağları bahalaşa bilər – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ










