Kamran Əliyev: "Bu qəbahətlərə yol verən şəxs təkcə sürücü deyil, həm də..."

Baş Dövlət Yol Polisi İdarəsi təcili tibbi yardım avtomobilində rayon qeydiyyatında olan şəxslərin Bakıya daxil olmasına cəhd edilməsinə münasibət bildirib.
İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Avtosfer”ə açıqlamasında bildirib ki, həmin sürücü Şamaxı yolunun 31-ci kilometrliyində yerləşən müvəqqəti postda saxlanılıb:
“Həmin təcili tibbi yardım avtomobili saxlanılarkən nəqliyyat vasitəsində sürücüdən başqa tibbi personal olmayıb, içərisindəki sərnişinlər isə rayon qeydiyyatında olduqları üçün endirilərək geri qaytarılıblar. Sürücünün operativ nəqliyyat vasitəsi idarə etdiyi nəzərə alınaraq hərəkətini davam etdirməsinə icazə verilib və hərəkətləri barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara məlumat verilib. Sözsüz ki, sürücü kənar şəxsləri avtomobilə mindirməklə kimlərəsə yardım etmək məqsədini güdüb, lakin fikirləşməyib ki, o, bu hərəkətləri ilə bu günlərdə ən çox əziyyət çəkən, vətəndaşların sağlamlığının qorunması naminə öz sağlamlığını təhlükəyə atan, sutkalarla xəstəxanalarda xəstə insanlara yardım edən, ölkə rəhbərliyi tərəfindən xidmətləri yüksək qiymətləndirilən həkimlərimizin və tibb işçilərinin əməyinə xələl gətirə bilərdi. Məncə bu qəbahətlərə yol verən şəxs təkcə sürücü deyil, həm də həmin görüntüləri sosial şəbəkələrdə yayanlardır.”
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI














