Kanadada avtomobillə qaçan cinayətkar polislə atışdı: 1 ölü, 2 yaralı

Kanadanın Alberta əyalətində polis yaşayış evində atəş açan şəxsi zərərsizləşdirib. Avtosfer.az xəbər verir ki, insident Blekfalds şəhərciyində qeydə alınıb. Bu barədə mayın 6-da “CBC” telekanalı məlumata yayıb.
Telekanalın bildirdiyinə görə, yaşayış evində silahdan atəşin açılması ilə bağlı polisə məlumat daxil olub. Deyilən ünvana gələn patrul əməkdaşları naməlum şəxs tərəfindən silahlı müqavimətlə üzləşiblər və bu əsnada güllələrdən biri ətrafdan keçən bir nəfəri ağır yaralayıb.
Asayiş keşikçiləri, avtomobili ilə hadisə yerini tərk etməyə müvəffəq olan cinayətkarın qarşısını sürət şosesində kəsib və bundan sonra aralarında yenidən atışma başlayıb. Atışma vaxtı 27 yaşlı cinayətkar öldürülüb, bir polis isə güllə yarası alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












