Karantin cəriməsinə görə “STOP-A DÜŞMƏK”: “O borc bütün hallarda ödənilməlidir” – VƏKİLİN ŞƏRHİ - FOTO

“Məcburi icra tədbirlərinə cərimə məbləğinin vətəndaşın əməkhaqqı və ya pensiyasından tutulması daxildir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri vəkil Roman Qaraşov deyib və həmçinin karantin qaydalarını pozduqları üçün cərimələnən şəxslərin müvafiq məbləği ödəmədiyi halda üzləşə biləcəyi problemlərə toxunub.
Roman Qaraşovun sözlərinə görə, hər bir vətəndaş karantin qaydalarının pozulması səbəbindən inzibati dövlət orqanları tərəfindən yazılan cərimələri mütləq ödəməlidir:
“Hüquq-mühafizə orqanları tərəfindən tətbiq olunan cərimələrin ödənilməsi məcburi xarakter daşıyır. Yəni cəriməni ödəyib-ödəməməklə bağlı vətəndaşın alternativ seçim imkanı yoxdur.
Tərtib olunan protokolların icrası isə Ədliyyə Nazirliyinin İcra və Probasiya xidməti tərəfindən həyata keçirilir. Belə ki, həmin sənədlərin icrası üçün əvvəl vətəndaşa könüllü şəkildə şərait yaradılır. Vətəndaş cəriməni könüllü şəkildə ödəmədiyi təqdirdə, inzibati məsuliyyətə cəlb olunan şəxslər prosessual məcburiyyət və eyni zamanda, məcburi icra tədbirlərinin tətbiq olunmasına şərait yaradırlar.
Məcburi icra tədbirlərinə cərimə məbləğinin vətəndaşın əməkhaqqı və ya pensiyasından tutulması daxildir. Bununla yanaşı, cərimə məbləği bank hesablarında olan vəsaitdən və ya daimi gəlir mənbəyi olan digər dövriyyə vəsaitlərindən çıxarıla bilər. Hətta borclunun ölkədən kənara çıxmasına məhdudiyyət qoyulması da mümkündür. Borclunun yeri məlum deyilsə, onun barəsində axtarış müəyyən edilə bilər. Yəni bütün hallarda inzibati qərar icra olunmalıdır”.

Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO










