Karantin müddəti ilə bağlı QƏRAR VERİLDİ

Nazirlər Kabineti sonuncu dəfə rəhbəri COVID-19-la bağlı məhdudiyyətlərin martın 31-dən iyunun 1-dək tətbiqi barədə qərar imzalayıb. Sabah artıq bu müddət tamamlanır. Lakin may ayının son iş günündə baş nazir Əli Əsədov karantin müddətinin uzadılması barədə qərar imzalamayıb. Belə çıxır ki, Azərbaycan COVID-19 məhdudiyyətlərindən xilas oldu?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, indiyə qədərki əsaslandırma onu göstərir ki, karantin rejimi davam edəcək:
“Bunu söyləməkdə çətinlik çəkirəm. Çünki bu, Nazirlər Kabinetinin situasiya ilə bağlı özünün qiymətləndirməsindən asılıdır. Ona görə də mənim bir şey deməyim doğru olmaz. Amma indiyə qədərki əsaslandırma onu göstərir ki, karantin rejimi davam edəcək. Birbaşa ölkə başçısı səviyyəsində də qeyd olunub ki, qapalılıq həm də təhlükəsizlik xarakterli tədbirdir. Bizim üçün də təhlükəsizlik prioritet məsələlərdən biridir. Bu baxımdan, çox güman ki, karantin rejimi uzadıla bilər”.
Deputat Azər Allahverənov isə qeyd edib ki, Operativ Qərargahın karantin rejimi ilə əlaqədar qərarını gözləmək lazımdır:
“Düzünü desəm, bu haqda məlumatım yoxdur”.
Parlament digər üzvünün - Elşad Musayevin sözlərinə görə isə günün sonunadək qərar verilməzsə, karantin müddəti bitmiş hesab olunur:
“Bununla bağlı konkret məlumat yoxdur. Məntiqlə karantin müddəti bu günün sonunda bitir. Adətən, müddət tamam olmamış, yaxud yekunlaşmasına az qalmış yeni bir qərar verilir və karantin müddəti uzadılır. Əgər belə qərar verilməyibsə, məntiqlə karantin müddəti bitmiş sayılır”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












