Karantin qaydaları yenidən sərtləşdirilə bilər

Hazırda 9 900 aktiv koronavirus daşıyıcısının olduğu Almaniyada yenidən sərtləşdirilmiş karantin rejiminə keçilməsi məsələsi müzakirə olunur.
Federativ respublikada indiyədək 9 200 nəfər infeksiyanın qurbanı olub.
Ən acınacaqlı vəziyyət isə azərbaycanlıların da kompakt yaşadığı Şimali Reyn-Vestfaliya əyalətindədir. Hazırda bu federal torpaqda aktiv koronavirus daşıyıcılarının sayı 4 mini keçib. Yeni tədris ilinin başlaması isə ən çox valideynləri narahat edir. Çünki Meklenburq-Ön Pomeraniya əyalətində keçən həftə yeni tədris ilinin başlaması ilə məktəblərin birində müəllim və şagirdə koronavirus tapılıb. Bundan sonra məktəb yenidən bağlanıb, şagirdlər evlərində karantinə alınıblar.
Valideynlər hesab edirlər ki, Şimali Reyn-Vestfaliya əyalətində məktəblərdə şagirdlər arasında sosial məsafə, maska və gigiyenik qaydaların gözlənilməsini təmin etmək elə də asan deyil. Bu səbəbdən təhsil ocaqlarındakı Valideynlər Şurası əyalətin Təhsil Nazirliyinə rəsmi müraciət edərək məktəblərin açılmasının bir müddət də təxirə salınmasını istəyiblər. Onlar qeyd ediblər ki, əgər mümkün olmasa, siniflərdə şagird sayı minimuma endirilsin, bir şagird həftədə iki dəfə məktəbə gəlsin, qalan günlərdə evdə onlayn dərslərə qatılsın.
Xatırladaq ki, Almaniyada karantin qaydaları may ayında yüngülləşdirilib. Hazırda koronavirus pandemiyası ilə bağlı 1,5 metrlik sosial məsafə, qapalı məkanlarda maska taxmaq, bir ailədən olmayan iki nəfərdən artıq şəxsin bir yerə toplanmaması kimi karantin qaydaları tətbiq edilir. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












