Karantin qaydalarına zidd olan 170 minədək icazə ləğv edildi

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər öncə 8, sonra isə 11 aprel tarixində edilmiş xəbərdarlıqlardan nəticə çıxararaq əsassız və lüzumsuz olan icazələri icaze.e-gov.az portalından silib. Avtosfer.az xəbər verir ki, eyni zamanda geri qaytarılan icazələrdə heç bir redaktə aparmayan, əmək müqaviləsi olmayan, icazələri xidməti müqavilə olaraq sistemdə təsdiq etməyən təşkilatların icazələri ilə birlikdə isə, ümumilikdə 170000-dək icazə avtomatik rejimdə ləğv olunub.
Hüquqi və fiziki şəxslər tərəfindən qeydə alınmış şəxslərə tövsiyə olunur ki, olduqları yeri tərk etməmişdən öncə onlar üçün müraciət edən qurumdan icazəsinin icaze.e-gov.az portalında aktivliyini dəqiqləşdirsinlər.
Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.
Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 48 332 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 692 187 icazə qeydiyyata alınıb və hazırda həmin icazələr aktivdir.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün isə SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib ki, bunlardan da təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










