Karantin qaydalarının yumşaldılması o demək deyil ki, artıq tam rahatlaşmalıyıq

Artıq Operativ Qərərgahdan xoş xəbərlər gəlir. Bu, son dərəcə sevindiricidir. Sərt qaydaların yumşaldılmasının əsas səbəbi isə budur ki, dövlətin gördüyü sistemli işlər öz nəticəsini, bəhrəsini verir və heç şübhəsiz, vəziyyətin pozitiv yön almasında vətəndaş məsuliyyətinin, daha dəqiqi vətəndaşların öz məsuliyyəti ilə dövlətə verdiyi mənəvi dəstəyin də rolu böyükdür.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib. O xatırladıb ki, sentyabrın 8-dən etibarən xüsusi karantin qaydalarında çox ciddi dəyişikliklər, yumşaldılmalar olacaq: "Xüsusilə də insanlarımız Bakıdan rayonlara, rayonlardan Bakıya gedib-gələ bilmədikləri üçün müəyyən narahatlıq keçirirdilər. Şükürlər olsun ki, bu problem də həllini bir neçə gün sonra tapacaq. Amma yenə də arxayın olmamalıyıq. Özümüzü, ətrafımızı, balalarımızı məlum virusdan yenə də hər vəchlə qorumalıyıq. Yəni, qaydaların yumşaldılması o demək deyil ki, artıq tam rahatlaşmalıyıq. Xeyr! Əksinə, məsuliyyətimiz daha da artmalıdır, daha da diqqətli olmalıyıq".
Deputat əlavə edib ki, son müşahidələri onda belə bir qənaət hasil edib ki, insanlarımız olduqca nizam-intizamlıdır: "Onlar daim maska taxırlar, sosial məsafəyə diqqət edirlər. Özlərini və ətrafındakıları qoruyurlar. Keçmiş bir neçə ay ərzində, xüsusən də aprel və may aylarında həmin nizam çox təəssüf ki, yetərincə deyildi. Ona görə də qaydalarda sərtləşmə oldu. İndi isə durum tam fərqlidir. Həmin durum yaxşıya doğru dəyişib. İnsanlar daha məsuliyyətli olublar. Bu da olduqca müsbət haldır".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












