Karantin rejimi uzadılır - Quru sərhədlər yaya kimi açılmayacaq

Azərbaycanda ötən ilin sonunda uzadılan xüsusi karantin rejiminin vaxtı martın 1-dək nəzərdə tutulub. Son günlər koronavirusa yoluxma hallarının sayının kəskin azalması fonunda karantin müddətinin yenidən artırılıb-artırılmayacağı məsələsi maraq doğurur. Eyni zamanda quru sərhədlərinin açılıb-açılmayacağı da geniş müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qış aylarında karantinin aradan qaldırılması gözlənilmir.
"Epidemioloji vəziyyəti elan edən Ümumdünya Səhiyyə Təşkilatıdır və bu vəziyyətin nə vaxt sonlanacağını da onlar elan edəcək. Ancaq karantin rejiminin müddətinin uzadılması və ya qaydaların yumşalması kimi qərarları dövlətlər özləri verir" - deyə komitə sədri bildirib.
M.Quliyev vurğulayıb ki, dünya ölkələri üzrə yoluxmaların xüsusilə yaz mövsümündə artımı müşahidə olunur:
"Öncə onu demək lazımdır ki, Çində hələ də COVID-19 virusuna yoluxanları sayı çoxalır. Buna görə də indiki situasiyada Azərbaycanda karantin rejiminin ləğvi real deyil. Əgər yoluxanların sayı yay mövsümünə qədər çoxalmasa, bu qərarı yenidən nəzərdən keçirmək olar. Çünki qış və yaz mövsümlərində infeksiyalara tutulan insanların sayında artım müşahidə edilir. İndiki situasiyada karantin rejiminin ləğv olunması həqiqətə uyğun deyil".
Quru sərhədlərinin açılmasına dair təkliflərə gəlincə, komitə sədri hələlik bu barədə qərar verməyin tez olduğunu vurğulayıb:
"Quru sərhədlərinin açılması ilə bağlı qərar vermək üçün hələ tezdir. Hər ölkənin epidemioloji vəziyyəti nəzərdən keçirərək özünü müdafiə etmək metodları fərqlidir. Operativ Qərargahın qərarı yoluxmaların azalmasında xüsusi rol oynayır. Mən özüm də bu cür qərarların yayda nəzərdən keçirilməsinin tərəfdarıyam".
Xatırladaq ki, ötən ilin dekabr ayının 22-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti artırılıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.
Azərbaycanın quru sərhədləri isə 2020-ci ilin mart ayından bağlıdır. (Modern.az)
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO










