"Karantin rejimini pozan daha üç nəfər..." — RƏSMİ

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozan daha üç nəfər məsuliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Unikal.org-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar 30-31 mart tarixləri ərzində polis əməkdaşları Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla, 343 nəqliyyat vasitəsini geri qaytarıb.
Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan da 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla, 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Analoji vəziyyət Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda da müşahidə edilib. Belə ki, 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla, 202 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.
19-31 mart tarixləri müddətində 8485 nəqliyyat vasitəsi rayon, 24-31 mart tarixləri ərzində isə 5751 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə, üç nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə, bu günə qədər 14236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











