Karantin rejimini pozan “play station” salonu aşkarlanıb - FOTO + VİDEO

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı içərilərində yetkinlik yaşına çatmayan şəxs də olan 3 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Elnur Yusifov və 3 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə gətiriliblər. Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Elnur Yusifov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.
Qeyd edək ki, “play station” salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.
Namiq Musayev
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ















