Karantin rejimini pozan şəxs özünü yaraladı - Yasamalda

Paytaxtın Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək xüsusi karantin rejimi qaydalarını pozaraq üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib. Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Namiq Musayev
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ











