Karantin rejiminin yenidən sərtləşdirilməsi Bakı-Sumqayıt yolunun açılmasına mane olacaqmı? - RƏSMİ

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargah karantin rejimi çərçivəsində həftəsonu məhdudiyyətlərin tətbiq ediləcəyini elan edib. Mövcud vəziyyət ölkə ərazisində aparılan yenidənqurma işlərinə nə kimi təsir göstərəcək?
Belə ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri, eləcə də, ötən ildən təmirə bağlanan Bibiheybət yolunda davam etdirilən işlərin gələn həftə ərzində yekunlaşdırılacağı bildirilib.
Ötən gün elan edilən qərar vəziyyətə təsir göstərəcəkmi?
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazilərdə görülən işlər davam etdirilir:
“Bibiheybət yolunda, demək olar ki, yekunlaşdırma işləri gedir. Yolun bərpasında xarici mütəxəssislərin təcrübəsindən istifadə edilib. Yolun aşağı və yuxarı yamaclarında istinad divarları tikilib.
Bakı şəhərinə girişinə icazə verilən bütün nəqliyyat vasitələri bu yoldan istifadə edə biləcəklər. Layihəyə uyğun olaraq istinad divarları, ərazi boyu yeni dəmir-beton küvetlər inşa edilib, yağış kanalizasiya sistemləri qurulub.
Sabahdan etibarən yola asfalt örütüyünün çəkilməsinə başlanılacaq. Daha sonra geridə qalacaq avtomobil yolunun xətlənməsi işləri aparılacaq və növbəti həftənin sonuna qədər istifadəyə veriləcək.
Eyni zamanda, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində görülən işlər də son mərhələdədir. Layihəyə uyğun olaraq işlər artıq yekunlaşdırılıb. İstənilən halda hər iki yolda aparılan yenidənqurma-bərpa işlərinin yekunlaşdırılması nəzərdə tutulub”.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










