Karantində olan insanlar hansı müddətdən sonra normal həyata qayıda bilər?

“Karantindən sonra normal həyata dönmək asan deyil”. “HaberGlobal”ın verdiyi məlumata görə, bunu türkiyəli psixoloq Onur Okan Dəmirçi deyib. O, Böyük Britaniyada karantinə alınmış şəxslərlə bağlı hesabatdan sonra bu qənaətə gəlib. Hesabata görə, koronavirus şübhəsi ilə karantinə alınmış şəxslərin 54 faizi müəyyən olunmuş müddət bitdikdən sonra da öskürən və asqıran şəxslərdən qaçır, 26 faizi insanların kütləvi toplaşdığı yerlərə getmək istəmir, 21 faizi isə əhali üçün açıq olan heç bir yerə getmir. Bu insanların normal həyata dönmə müddətinin bir neçə aydan üç ilə qədər uzanacağı proqnozlaşdırılır.
Dəmirçi bu araşdırmanın karantindən sonra insanların normal həyatlarına davam etməsinin o qədər də asan olmadığını sübut etdiyini bildirib: “Nə qədər vaxtda normal həyata qayıda biləcəyimiz isə karantin müddətində görəcəyimiz tədbirlərdən, həmçinin vaxtın və itkilərin minimuma endirilməsindən asılı olacaq”.
Psixiatrın sözlərinə görə, ən yüksək psixoloji stressə 16-24 yaş aralığında olan insanlar məruz qalırlar. “Sadəcə önümüzdəki bir neçə təcrid həftəsini deyil, bundan sonrakı daha uzun ola biləcək psixoloji problemlər dövrünü ciddi şəkildə düşünmək lazımdır", - deyə o, sözlərini yekunlaşdırıb.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










