Karantinin daha da yumşaldılması yoluxmanı artıra bilərmi?

"Əgər insanlar qoyulan tələblərə əməl etməsə, yumşaldılmaya gedilməsə belə, koronavirusa yoluxma sayı arta bilər".
Bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, qarşıdan payız fəsli, soyuq aylar gəlir: “Viruslar da soyuq temperatura dözümlü olur. Uzun müddət xarici mühitdə qala bilir. Yəqin ki, bunun da yoluxmalara təsiri olacaq. Bunlar epidemiyanın güclənməsinə səbəb olan faktorlardan biri ola bilər.
Vətəndaşlara tövsiyələrimiz dəyişilməz olaraq qalır. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qaydalara əməl etsinlər. Başqa heç nə tələb olunmur. Onlara əməl olunsa, hamımızın arzuladığı yumşaldılmalar daha tez və qalıcı olar".
C.İsayev tövsiyələrə əməl olunmayacağı təqdirdə yumşaldılma prosesinin dayandırılacağı və yenidən karantin rejiminin sərtləşməsinə səbəb ola biləcəyini bildirib: "Artıq Türkiyədə bəzi bölgələrdə yenidən sərt karantin rejimi tətbiq edilib. Hərə çıxır bir söz danışır. Amma fakt öz yerində qalır.
Ölkəmizdə koronavirusa yoluxma hallarının azalıb, sağalma hallarının artmasına baxmayaraq, bunların qalıcı olması üçün qaydalara riayət etmək lazımdır".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











